Azərbaycan yığmasının Valentin Qranatkinin xatirə turniri üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Valentin Qranatkinin xatirə turniri üçün heyəti açıqlanıb Baş məşqçi Təbriz Həsənov qonşu ölkəyə 20 futbolçu aparıb
Futbol
7 Yanvar , 2017 12:21
Azərbaycan yığmasının Valentin Qranatkinin xatirə turniri üçün heyəti açıqlanıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Yanvarın 8-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək Valentin Qranatkinin xatirə turniri üçün Azərbaycanın 1999-cu il təvəllüdlü futbolçulardan ibarət yığma komandasının heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Təbriz Həsənov qonşu ölkəyə 20 futbolçu aparıb.

Onlardan 5-i legionerdir. Komandaya Bakı "İnter"indən 6, "Neftçi"dən 5, "Qəbələ"dən 3, "Sumqayıt"dan isə 1 futbolçu çağırılıb.

SOYAD, AD KLUB
İbrahimov Kamran Neftçi
Daşdəmirov Rəhman Neftçi
Əliyev İbrahim Neftçi
Həziyev Bahadur Neftçi
Mehdiyev Pilağa Neftçi
Qayalı Murad İnter
Həsənov Yusif İnter
Qarayev Ricat İnter
Muxtarlı Ceyhun İnter
Qədirzadə İbrahim İnter
Məhərrəmli Rafael İnter
Əhmədov Süleyman Sumqayıt
Popov Murad Qəbələ
Sadıxov Əli Qəbələ
Nəbiyev Fərid Qəbələ
Seylığlı Hüseyin Beşiktaş (Türkiyə)
Güler Metin Beşiktaş (Türkiyə)
Karakaş İsmail Trabzonspor (Türkiyə)
Öksüz Doğukan Trabzonspor (Türkiyə)
Ekincier Barış Rot-Weiss Essen (Almaniya)

Qeyd edək ki, C qrupunda yer alan Azərbaycan yığması ilk görüşünü yanvarın 9-da Litvaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. Yanvarın 11-də eyni saatda start götürəcək matçda rəqib Qazaxıstan olacaq. Yanvarın 13-də saat 15:15-də isə Təbriz Həsənovun komandası Slovakiya ilə üz-üzə gələcək. 4 qrupda ilk 2 yeri tutanlar 1/4 finala yüksələcəklər. Sonrakı 2 pillənin sahibləri isə 9 - 16-cı yerlər uğrunda mübarizə aparacaqlar. 

Son xəbərlər

Orphus sistemi