Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb

Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb Qiymətlərdə 50 faiz endirim ediləcək
Futbol
21 Avqust , 2018 09:31
Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb.

“Report” xəbər verir ki, azarkeşlər sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək matçın biletlərini bu gündən əldə edə bilərlər.

Üç kateqoriya üzrə biletlərin qiyməti 2 - 5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir.

Bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan – Malta (14 oktyabr) və Azərbaycan – Farer adaları (17 noyabr) oyunlarının biletinə 50% endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir və Sky Box biletlərinə şamil olunmur.

Qeyd edək ki, Azərbaycan – Kosovo oyunu 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi