Azərbaycan yığmasının sabiq baş məşqçisi FİFA-nın qərarından şoka düşüb

Azərbaycan yığmasının sabiq baş məşqçisi FİFA-nın qərarından şoka düşüb Berti Foqts: "Dünya çempionatında iştirakçı komandaların sayının 48-ə yüksəldilməsi inanılmaz, dəhşətli qərardır"
Futbol
11 Yanvar , 2017 09:37
Azərbaycan yığmasının sabiq baş məşqçisi FİFA-nın qərarından şoka düşüb

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts FİFA-nın 2026-cı ildən etibarən dünya çempionatında iştirakçı komanda sayının 48-ə yüksəldilməsi barədə qərarına münasibət bildirib.

"Report" xəbər verir ki, 71 yaşlı mütəxəssis "Kicker"ə açıqlamasında qərardan şoka düşdüyünü deyib. Onun fikrincə, FİFA dünya çempionatlarına son qoymaq istəyirsə, elə bu istiqamətdə də davam etməlidir: "Bu, inanılmaz, dəhşətli qərardır. Dünya çempionatlarının axırına çıxmaq istəyirlərsə, elə bu yolla da getməlidirlər. Qərarı anlaya bilmirəm. Bu, artıq mənim mundialım deyil".

Qeyd edək ki, Berti Foqts Almaniya yığmasında futbolçu kimi 1974-cü ildə dünya, baş məşqçi qismində isə 1996-cı ildə Avropa çempionu titulunu qazanıb. O, 2008 - 2014-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. 

Son xəbərlər

Orphus sistemi