Yuxarı

Azərbaycan yığmasının qatılacağı yarışın 16 iştirakçısından 15-i müəyyənləşib

Azərbaycan yığmasının qatılacağı yarışın 16 iştirakçısından 15-i müəyyənləşib
Valentin Qranatkinin xatirə turnirində İran və Hindistan milliləri də iştirak edəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək turnirin 16 iştirakçısından 15-i müəyyənləşib.

"Report"un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının Peşəkar Futbol Departamentinin rəisi Sergey Kulikov açıqlama verib. 

O bildirib ki, indiyədək Rusiya, Azərbaycan, Yunanıstan, Slovakiya, Bolqarıstan, Hindistan, İran, Sloveniya, Belarus, Latviya, Estoniya, Litva, Qazaxıstan, Moldova və Sankt-Peterburq komandaları yarışa qatılacaqlarını təsdiqləyib. 16-cı iştirakçı isə hələ müəyyənləşməyib. Komandalar 1999-cu il təvəllüdlü oyunçulardan təşkil olunacaq. Turnir 2017-ci il yanvarın 7 - 22-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycanı turnirdə Təbriz Həsənovun yeni baş məşqçi təyin olunduğu 19 yaşadək futbolçulardan ibarət milli komanda təmsil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi