Yuxarı

Azərbaycan yığmasının futbolçusu Almaniyada müalicəsini davam etdirir

Namik Ələsgərov

Bakı. 20 may. REPORT.AZ/ Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda zədələnən Namik Ələsgərov Almaniyada növbəti fizioterapiya kursuna qatılıb. "Report"un məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi ilkin fizioterapiya kursunu Almaniyanın Plattlinq şəhərində uğurla cərrahiyə əməliyyatı olunduqdan sonra keçib. 

Qeyd edək ki, Namik Ələsgərovun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi