Yuxarı
    Bağlamaq

    Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

    11 qrup üzrə oyunlar 2016-cı il avqustun 1-dən oktyabrın 31-dək keçiriləcək

    Bakı. 13 noyabr. REPORT.AZ/ İsveçrənin Nyon şəhərində 17 yaşadək qızlardan ibarət komandalar arasında futbol üzrə 2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, Azərbaycan milli komandası 3-cü qrupa düşüb.

    Rəqiblər isə Polşa, Macarıstan və Estoniya yığmaları olub. Ümumilikdə 11 qrup üzrə oyunlar 2016-cı il avqustun 1-dən oktyabrın 31-dək keçiriləcək. Hər qrupda ilk 2 yeri tutanlar və ən yaxşı göstəriciyə malik 3-cü yerin sahibi ən yüksək reytinqli İspaniya ilə birgə elit-raunda yüksələcək. Final mərhələsi isə 8 komandanın iştirakı ilə Çexiyada təşkil olunacaq.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi