Yuxarı
    Bağlamaq

    Azərbaycan yığması "Antalya Cup"da iştirak edəcək

    Püşk yanvarın 20-də atılacaq

    Bakı. 11 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Antalya Cup" turnirinə qatılacaq. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, turnir yanvarın 18-də Türkiyənin Antalya şəhərində start götürəcək təlim-məşq toplanışı çərçivəsində təşkil olunacaq.

    "Antalya Cup"da Bəhreyn, Səudiyyə Ərəbistanı, Ukrayna, Albaniya və Türkmənistanın U-21 yığmaları da mübarizə aparacaq. Püşkü yanvarın 20-də atılacaq turnirin oyunları yanvarın 22-də, 24-də, 26-da və 28-də keçiriləcək.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi