Azərbaycan yığması 3-cü qrupu 3 xalla 3-cü pillədə başa vurub

Azərbaycan yığması 3-cü qrupu 3 xalla 3-cü pillədə başa vurub 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.
Futbol
8 Oktyabr , 2019 17:32
Azərbaycan yığması 3-cü qrupu 3 xalla 3-cü pillədə başa vurub

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.

"Report"un məlumatına görə, Vüqar Əsgərlinin baş məşqçisi olduğu kollektiv Albaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 72-ci dəqiqədə Dilarə Soley qələbə qolunun müəllifi olub. 90+2-ci dəqiqədə Sona Rəhimovanın qırmızı vərəqə alması səbəbindən Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektiv matçı azlıqda bitirib. 

Beləliklə, 3-cü qrupu 3 xalla 3-cü pillədə başa vuran milli komanda növbəti mərhələyə yüksələ bilməyib. Almaniya 9 xalla qrup lideri, meydan sahibi Portuqaliya isə isə 6 xalla 2-ci yerin sahibi kimi mərhələ adlayıb. 

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı digər iki görüşdə Almaniya və Portuqaliyaya eyni hesabla uduzub - 0:6. 

Son xəbərlər

Orphus sistemi