Yuxarı

Azərbaycan millisi Şimali İrlandiya yığmasına məğlub olub - YENİLƏNİB-3 - VİDEO

Görüş Respublika stadionunda keçirilib

Bakı. 10 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində altıncı oyununu keçirib. “Report”un məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiya yığmasını qəbul edib. 

"Pley-off" mərhələsinə vəsiqə qazanmaq baxımından böyük əhəmiyyət daşıyan görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+2-ci dəqiqədə Stüart Dallas vurub. Bu qələbədən sonra Şimali İrlandiya 13 xalla 2-ci pillədəki mövqeyini möhkəmlədib. 7 xalı olan Azərbaycan isə 4-cü pillədə qalıb. 

Qeyd edək ki, bu gün Azərbaycan yığmasının yer aldığı C qrupunda daha iki oyun keçiriləcək. Lider Almaniya San Marinonu, Norveç isə Çexiyanı qəbul edəcək.

2018-ci il dünya çempionatının seçmə mərhələsi 

VI tur, C qrupu 

10 iyun 20:00. Azərbaycan – Şimali İrlandiya - 0:1

Qol: Stüart Dallas, 90+2 

Hakimlər: Xavyer Estrada Fernandes, Migel Martines Munuera, Teodoro Sobrino Maqan, Alexandro Xose Ernandes (hakimlər briqadası İspaniyadandır) 

Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan) 

FİFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika) 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu 

Xal durumu: Almaniya - 15; Şimali İrlandiya - 13, Çexiya - 8, Azərbaycan - 7, Norveç - 3, San Marino - 0.

_________________________________________________________________________________________

*** 21:03

Azərbaycan və Şimali İrlandiya yığmaları arasında 2018-ci il dünya çempionatının seçmə oyununun ikinci yarısı başlayıb. 

"Report" xəbər verir ki, komandaların qolsuz bərabərliyi davam edir.


***20:48

Azərbaycan və Şimali İrlandiya yığmaları arasında 2018-ci il dünya çempionatının seçmə oyununun ilk yarısı başa çatıb. 

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə çıxıblar.


***20:01

Futbol üzrə Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında 2018-ci il dünya çempionatının seçmə qrup oyunu start götürüb. "Report"un məlumatına görə, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir. 

Komandaların heyəti belədir:

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (kap.), 16. Cavid Hüseynov, 20. Riçard Almeyda, 22. Əfran Ismayılov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Namik Ələskərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Emin Mahmudov, 18. Ağabala Ramazanov, 19. Rahid Əmirquliyev, 21. Tərlan Quliyev

Baş məşqçi: Robert Prosineçki

Şimali İrlandiya: 1. Maykl Makqovern, 2. Konor Maklaflin, 4. Qaret Makauli, 5. Conni Evans, 8. Stiven Devis (kap.), 9. Liam Boys, 11. Kris Brant, 14. Stüart Dallas, 16. Oliver Norvud, 18. Aaron Hyuz, 21. Coş Magennis

Ehtiyat oyunçular: 12. Alan Mannus, 23. Roy Kerroll, 3. Şeyn Ferqyuson, 6. Tom Flanaqan, 7. Neyll Makginn, 10. Kayl Lafferti, 13. Daniel Lafferti, 15. Pol Paton, 17. Mettyu Land, 19. Şey Makkartan, 20. Li Hodson, 22. Adam Thompson

Baş məşqçi: Maykl O'Nill

Görüşü Xavyer Estrada Fernandesin başçılıq etdiyi ispaniyalı hakimlər briqadası idarə edir.

Qeyd edək ki, 5 turdan sonra Şimali İrlandiya C qrupunda 10 xalla 2-ci, Azərbaycan isə 7 xalla 4-cü pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi