Yuxarı

Azərbaycan və Ermənistan yığmaları AVRO-2020-nin təsnifat mərhələsində eyni qrupa salınmayacaq

Azərbaycan və Ermənistan yığmaları AVRO-2020-nin təsnifat mərhələsində eyni qrupa salınmayacaq

3340

Eyni qayda Rusiya və Ukraynaya da şamil olunacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin və Millətlər Liqasının püşkatma mərasimləri zamanı Azərbaycan və Ermənistan ayrı-ayrı qruplara salınacaq.

"Report"un məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin İcraiyyə Komitəsinin bugünkü iclasından sonra mətbuat konfransında açıqlama verib.

O bildirib ki, eyni qayda Rusiya və Ukraynaya da şamil olunacaq. Çeferin belə bir addımı ölkələr arasındakı münasibətlərin qaydasında olmaması üzündən atdıqlarını söyləyib

AVRO-2020-nin püşkatma mərasimi 2 dekabr 2018-ci ildə İrlandiyanın paytaxtı Dublində keçiriləcək.

Final mərhələsinin oyunları isə 12 şəhərdə, o cümlədən, Bakıda təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi