Azərbaycan və Belarusun idman jurnalistləri arasında futbol matçı olub

Azərbaycan və Belarusun idman jurnalistləri arasında futbol matçı olub Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb
Futbol
7 İyul , 2017 23:51
Azərbaycan və Belarusun idman jurnalistləri arasında futbol matçı olub

Bakı. 7 iyul. REPORT.AZ/ Minskdə səfərdə olan azərbaycanlı idman jurnalistləri bu gün belaruslu həmkarları ilə futbol matçında üz-üzə gəlib.

"Report"un məlumatına görə, "Minsk-2019" II Avropa Oyunlarına dəstək məqsədilə təşkil olunmuş görüş Belarus Futbol Federasiyaları Assosiasiyasına (ABFF) məxsus çoxsaylı futbol meydanlarından birində baş tutub.

Oyundan əvvəl komandaların kapitanları bir-birinə xatirə hədiyyələri veriblər. ABFF-in mətbuat katibi Andrey Oleynikə "Bakı 2015" I Avropa Oyunları və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının medallarının surəti, eləcə də "Formula-1" üzrə Azərbaycan Qran-prisinə həsr olunan köynəklər təqdim olunub.

Görüş isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Azərbaycan komandasından qolları Erkin İbrahimov və Gündüz Abbaszadə vurub.

Qeyd edək ki, səfər Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Son xəbərlər

Orphus sistemi