Azərbaycan UEFA reytinqindəki mövqeyini əldən verib

Azərbaycan UEFA reytinqindəki mövqeyini əldən verib Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan UEFA reytinqindəki mövqeyini əldən verib.
Futbol
17 Avqust , 2018 09:00

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan UEFA reytinqindəki mövqeyini əldən verib.

"Report"un məlumatına görə, bu, Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşləri yekunlaşdıqdan sonra baş verib. İsrail xallarını 18,375-ə çatdıraraq, 24-cü pilləyə qalxıb. 18,250 xala malik Azərbaycan isə 1 pillə geriləyərək, 25-ci mövqedə qərarlaşıb.

Qeyd edək ki, hazırda Azərbaycanı avrokuboklarda yalnız "Qarabağ" klubu təmsil edir. Çempionlar Liqası ilə vidalaşan Ağdam komandası Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif"i ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi