Azərbaycan Premyer Liqasının oyununda qalmaqallı hərəkət cəzasız qalıb - VİDEO

Azərbaycan Premyer Liqasının oyununda qalmaqallı hərəkət cəzasız qalıb - VİDEO Omeqa Roberts top uğrunda mübarizədən sonra yerə yıxılan yarımmüdafiəçisi Julyen Ebahı təpiklə vurub
Futbol
5 Mart , 2017 18:25
Azərbaycan Premyer Liqasının oyununda qalmaqallı hərəkət cəzasız qalıb - VİDEO

Bakı. 5 mart. REPORT.AZ/ "Kəpəz" və AZAL komandaları arasında keçirilmiş futbol üzrə Azərbaycan Premyer Liqasının XXI tur matçında qalmaqal baş verib.

"Report"un məlumatına görə, qonaq komandanın futbolçusu Omeqa Roberts 63-cü dəqiqədə top uğrunda mübarizədən sonra yerə yıxılan meydan sahiblərinin yarımmüdafiəçisi Julyen Ebahı təpiklə vurub.

Lakin həmin epizod baş hakim Orxan Məmmədov gözündən yayınıb. Hərçənd, Məmmədov olayın bir neçə metrliyində olub. Məsələyə AFFA İntizam Komitəsində baxılsa, Roberts ciddi cəzalana bilər.

Qeyd edək ki, oyun heç-heçə ilə nəticələnib - 1:1.

Son xəbərlər

Orphus sistemi