Azərbaycan Premyer Liqasının oyunlarına komandalar dəbilqə ilə çıxıblar - FOTO

Azərbaycan Premyer Liqasının oyunlarına komandalar dəbilqə ilə çıxıblar - FOTO Qara sarğı və 1 dəqiqəlik sükut qərarı Peşəkar Futbol Liqası tərəfindən qəbul olunub
Futbol
6 Dekabr , 2015 19:04
Azərbaycan Premyer Liqasının oyunlarına komandalar dəbilqə ilə çıxıblar - FOTO

Bakı. 6 dekabr. REPORT.AZ/ "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsi futbol üzrə Azərbaycan Premyer Liqasının XV tur matçlarında yad olunub. "Report"un məlumatına görə, "Neftçi" - "Zirə" və "Xəzər Lənkəran" - "Qəbələ" matçlarından öncə 1 dəqiqəlik sükut elan olunub. Komandalar qara sarğı ilə mübarizə aparıblar.

"Xəzər Lənkəran"la "Qarabağ" başlarında formalarının rənginə uyğun, "Neftçi"nin futbolçuları isə əllərində dəbilqə ilə meydana çıxıb. Görüşdən sonra isə futbolçular və baş məşqçilər açıqlamalarında həlak olanların ailələrinə başsağlığı veriblər.

Günün son matçında isə "Qarabağ"la "İnter" qara sarğıda mübarizə aparıb, oyundan öncə 1 dəqiqəlik sükut elan olunub.

Qeyd edək ki, qara sarğı və 1 dəqiqəlik sükut qərarı Peşəkar Futbol Liqası tərəfindən qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi