Yuxarı
    Bağlamaq

    Azərbaycan Premyer Liqasının IV turunda daha bir oyun keçiriləcək

    Neftçi və Qəbələ komandaları üz-üzə gələcək

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçiriləcək. 

    "Report"un məlumatına görə, turun mərkəzi görüşündə "Neftçi" və "Qəbələ" komandaları qarşılaşacaq.

    "Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena"da ot örtüyünün yenilənməsi işləri aparıldığından, qarşılaşma Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da keçiriləcək. Komandaların duelində "ağ-qaralar" üstün tərəfdir. Bugünədək 32 oyundan 14-ü "Neftçi"nin, 10-u isə "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb. 8 oyunda isə qalib müəyyənləşməyib. "Neftçi" son üç ildə öz meydanında "Qəbələ"yə qalib gələ bilmir.

    Flaqman 3 turdan sonra 3 xalla turnir cədvəlində 6-cı, "Qəbələ" isə 2 oyundan 4 xal toplayaraq 4-cü pillədə qərarlaşıb.

    Azərbaycan Premyer Liqası, IV tur

    10 sentyabr

    20:00. "Neftçi" – "Qəbələ"

    Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev

    Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov

    AFFA nümayəndəsi: Nüvər Xasıyev

    Hakim-inspektor: Şahin Cəfərov

    "Əlincə Arena"

    Qeyd edək ki, tura sentyabrın 11-də keçiriləcək 2 oyunla yekun vurulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi