Azərbaycan Premyer Liqasının III turunun təxirə salınmış oyunu keçiriləcək

Azərbaycan Premyer Liqasının III turunun təxirə salınmış oyunu keçiriləcək "Qəbələ" doğma azarkeşlər önündə "Sumqayıt"la üz-üzə gələcək
Futbol
22 Sentyabr , 2016 08:20
Azərbaycan Premyer Liqasının III turunun təxirə salınmış oyunu keçiriləcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış "Qəbələ" - "Sumqayıt" oyunu keçiriləcək. "Report"un məlumatına görə, görüş Qəbələ şəhər stadionunda baş tutacaq.

Azərbaycan çempionatları tarixində komandalar 16 dəfə üz-üzə gəlib. Bunların 12-də "Qəbələ", 1-də "Sumqayıt" qələbəyə sevinib, 3 matç isə bərabərliklə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisi sonuncu dəfə 2013/2014 mövsümündə avqustun 19-da keçirilmiş görüşdə "Qəbələ"ni məğlub edə bilib. Həmin gündən əyalət təmsilçisi 8 qələbə qazanıb və 3 heç-heçə qeydə alınıb. Komandaların bir-birinin qapısına vurduğu toplarda da "Qəbələ" üstün tərəfdir - 32:11.

Bu görüşdə meydan sahibləri qələbə qazanacağı təqdirdə, turnir cədvəlinin birinci pilləsinə yüksələcək. Aktivində 10 xal Roman Qriqorçukun rəhbərlik etdiyi komanda xal ehtiyatını 13-ə çatdıraraq lider "Qarabağ"ı bir xal qabaqlayacaq. Samir Abasovun komandası isə səfər qələbəsi sayəsində 7 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksələcək.

Heç-heçə komandaların mövqeyində dəyişiklik etməyəcək. Nəticədə "Qəbələ" 11 xalla "İnter"lə 2-3-cü yerləri bölüşəcək, "Sumqayıt" 5 xalla 6-cı pillədə olacaq.

Azərbaycan Premyer Liqası, III tur, təxirə salınmış oyun

22 sentyabr 

17:00. "Qəbələ" – "Sumqayıt"

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu (CBC Sport)

N KLUBLAR O Q H M T-F X
1 "Qarabağ" 5 4 0 1 14-2 12
2 "İnter" 5 3 2 0 8-5 11
3 "Qəbələ" 4 3 1 0 13-0 10
4 "Kəpəz" 5 1 3 1 5-5 6
5 "Zirə" 5 2 0 3 4-6 6
6 "Sumqayıt" 4 1 1 2 3-5 4
7 "Neftçi" 5 1 0 4 3-14 3
8 AZAL 5 0 1 4 1-14 1

Bombardirlər:

Baqali Dabo ("Qəbələ") - 4 qol

Ruslan Abışov ("İnter") - 3 qol

Reynaldo Silva ("Qarabağ") - 3 qol

Vaqif Cavadov ("Sumqayıt") - 3 qol

Ruslan Qurbanov ("Qəbələ") - 3 qol

Son xəbərlər

Orphus sistemi