Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün püşkü atılıb

Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün püşkü atılıb Çempionata avqustun 12-də start veriləcək
Futbol
2 Avqust , 2017 12:25
Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün püşkü atılıb
Report.az

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, qurumun baş direktoru Məlik Həsənov, Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov, klub nümayəndələri və jurnalistlər iştirak ediblər.

Püşkə əsasən I turda bu oyunlar baş tutacaq: “İnter”- "Qəbələ", “Neftçi” - "Qarabağ”, “Sumqayıt” – “Kəpəz, "Zirə" – “Səbail”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasına avqustun 11-də start verilməsi nəzərdə tutulub. Belə olarsa, açılış həftəsinin matçları üç günü əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi