Azərbaycan Premyer Liqasından 2 oyunçu Bosniya və Herseqovina millisinə dəvət edilib

Azərbaycan Premyer Liqasından 2 oyunçu Bosniya və Herseqovina millisinə dəvət edilib Bunlar "Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə "Qəbələ"nin hücumçusu Ermin Zetsdir
Futbol
28 Sentyabr , 2015 18:24
Azərbaycan Premyer Liqasından 2 oyunçu Bosniya və Herseqovina millisinə dəvət edilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bosniya və Herseqovina milli komandasının Uels və Kiprlə keçirəcəyi futbol üzrə AVRO-2016-nın seçmə qrup matçları üçün heyəti açıqlanıb. "Report"un məlumatına görə, qarşıdakı oyunlara Azərbaycan Premyer Liqasında çıxış edən 2 oyunçu dəvət alıb.

Bunlar "Qarabağ"ın qapıçısı İbrahim Şehiç və "Qəbələ"nin hücumçusu Ermin Zetsdir. Şehiçlə Zets millinin düşərgəsinə oktyabrın 5-də yollanacaqlar.

Qeyd edək ki, Uelslə oyun oktyabrın 10-da evdə, Kiprlə matç isə bundan 3 gün sonra səfərdə olacaq. 

Son xəbərlər

Orphus sistemi