Yuxarı
    Bağlamaq

    Azərbaycan Premyer Liqasında "Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlanıb

    Turun mərkəzi görüşü aprelin 16-da keçiriləcək

    Bakı. 11 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, hesabat turunun görüşləri 3 gün ərzində gerçəkləşəcək.

    Tura "Qəbələ" - "Rəvan" matçı ilə start veriləcək. Turun mərkəzi görüşü sayılan "Qarabağ" - "Neftçi" oyunu aprelin 16-da keçiriləcək. Qapanış matçında isə AZAL "Sumqayıt"ı qəbul edəcək.

    15 aprel

    16:00. "Qəbələ" – "Rəvan"

    Qəbələ. Qəbələ şəhər stadionu

    16 aprel

    13:30. "Kəpəz" – "İnter"

    Gəncə. Gəncə şəhər stadionu

    16:00. "Neftçi" – "Qarabağ"

    Bakı. "Bakcell Arena"

    17 aprel

    16:30. "Zirə" – "Xəzər Lənkəran"

    Bakı. Zirə İdman Kompleksinin stadionu

    19:00. AZAL – "Sumqayıt"

    Bakı. "AZAL Arena"

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi