Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək

Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
Futbol
27 Aprel , 2018 08:00
Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək. 

“Report”un məlumatına görə, ilk oyun günüdə bir görüş baş tutacaq. Ötən həftə çempionluğu təmin edən “Qarabağ” qış fasiləsindən sonra keçirdiyi 10 qarşılaşmanın heç birində qələbə qazana biləməyən “Zirə”nin qonağı olacaq. 

Matç Ağdam klubu üçün formal xarakter daşısa da, ardıcıl xal itkilərindən sonra 5-ci pilləyə enən qəsəbə təmsilçisinin zəfərə ehtiyacı var. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv avrokuboklardan kənar qalmamaqdan ötrü dönüş etməlidir. Hazırda 35 xalı olan “Zirə” indiyədək “Qarabağ”a qalib gəlməyib. Bu kollektivlər arasında baş tutan 11 çempionat oyununda 8-də ağdamlılar qələbə qazanıblar. 

Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. Aprelin 28-də “Keşlə” “Neftçi”ni, “Qəbələ” “Kəpəz”i qəbul edəcək. Ertəsi gün isə “Sumqayıt” - “Səbail” dueli baş tutacaq.

Azərbaycan Premyer Liqası

XXV tur

27 aprel

19:00. “Zirə” – “Qarabağ” 

İlk üç dövrə - 0:0, 2:3, 0:2 

Zirə İdman Kompleksinin stadionu

Son xəbərlər

Orphus sistemi