Azərbaycan Premyer Liqasında XXIX turun daha 2 oyunu keçirilib

Azərbaycan Premyer Liqasında XXIX turun daha 2 oyunu keçirilib "İnter" növbəti qələbəsini qazanıb, "Qəbələ" isə yenə xal itirib
Futbol
9 Aprel , 2016 17:05
Azərbaycan Premyer Liqasında XXIX turun daha 2 oyunu keçirilib

Bakı. 9 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha 2 oyunu keçirilib. "Report"un məlumatına görə, günün mərkəzi qarşılaşmasında "İnter" və AZAL komandaları üz-üzə gəlib.

"İnter Arena"da baş tutan paytaxt derbisinin taleyini 1 qol həll edib. Meydan sahiblərinin hücumçusu Vüqar Nadirov 64-cü dəqiqədə fərqlənərək, yeni komandasında Premyer Liqada ilk qolunu vurub. Bu qələbə sayəsində "İnter" xallarını 48-ə çatdıraraq, 3-cü pillədə möhkəmlənib. AZAL isə 39 xalla 6-cı pillədə qalıb.

Günün ilk matçında isə "Qəbələ" səfərdə "Sumqayıt" üzərində qələbəni əldən verib. Qonaqlar 65-ci dəqiqədə Aleksey Qayın qolu ilə hesabda önə keçsələr də, 85-ci dəqiqədə Pərdis Fərcad-Azad penaltini dəqiq yerinə yetirərək, "Sumqayıt"a 1 xal qazandırıb. Bununla da "Qəbələ" 42 xalla 5-ci, "Sumqayıt" 28 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, turun ilk oyununda "Qarabağ" "Kəpəz"i darmadağın edib - 4:0. Tura aprelin 10-da keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" və "Rəvan" - "Zirə" matçları ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi