​Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

​Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb "Qarabağ" - "Simurq", həm də "Qəbələ" - "Neftçi" matçları eyni saatda
Futbol
13 Fevral , 2015 11:44
​Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Topaz Premyer Liqasında XXII turun oyun cədvəli açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bütün görüşlər eyni gündə keçiriləcək. 

Tura Sumqayıtda start veriləcək. Şəhərin eyni adlı komandası ilə Bakının AZAL klubu üz-üzə gələcək. Qış fasiləsindən sonra məğlub olmayan Zaqatala "Simurq"u bu dəfə lider "Qarabağ"a qarşı mübarizə aparacaq. Bu turda paytaxt derbisi də baş tutacaq. "İnter" doğma azarkeşlər önündə çempionatın autsayderi "Bakı"nı qəbul edəcək. 

Turun əyalətdə keçiriləcək yeganə qarşılaşmasında isə "Qəbələ" "Neftçi"ni sınağa çəkəcək. 3-cü dövrəyə uğurla start verməsinə baxmayaraq, son iki turda məğlubiyyətlə üzləşən "qırmızı-qaralar" doğma meydanda azarkeşlərini sevindirməyə çalışacaq. Qış fasiləsindən sonra keçirdiyi 3 görüşün birini məğlubiyyət, birini isə sülhlə başa vuran paytaxt klubu son turda "Xəzər Lənkəran" üzərində qələbə qazanıb.

Qeyd edək ki, turun ən maraqla gözlənilən oyunları olmasına rəğmən, həm "Qarabağ" - "Simurq", həm də "Qəbələ" - "Neftçi" matçları eyni saatda start götürəcək. 

15 fevral (bazar)

16:00. "Sumqayıt” – AZAL (Bakı)

Sumqayıt, "Kapital Bank Arena”


17:00. "İnter” (Bakı) – "Bakı”

Bakı, "İnter Arena”


18:00. "Qarabağ” (Ağdam) – "Simurq” (Zaqatala)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu


18:00. "Qəbələ” – "Neftçi” (Bakı)

Qəbələ şəhər stadionu

Son xəbərlər

Orphus sistemi