Yuxarı

Azərbaycan Premyer Liqasında XX turun oyun cədvəli açıqlanıb

Rəvan və Neftçi komandaları arasındakı oyunun yeri dəyişdirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, qarşılaşmalar 3 gün ərzində gerçəkləşəcək.

Tura fevralın 5-də keçiriləcək "Neftçi" - "Rəvan" matçı ilə start veriləcək. Əslində, bu matça "Rəvan" ev sahibliyi etməli idi. Amma canlı yayımla əlaqədar görüş Bayıl stadionundan "Bakcell Arena"ya keçirilib. 

Son oyunda isə "İnter" və "Qəbələ" komandaları üz-üzə gələcək. Bütün oyunlar "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

5 fevral

16:30. "Neftçi" – "Rəvan"

Bakı, "Bakcell Arena"

6 fevral

15:00. "Sumqayıt" – "Zirə"

Sumqayıt, "Kapital Bank Arena"

17:30. "Qarabağ" – "Xəzər Lənkəran"

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

7 fevral

13:30. "Kəpəz" – AZAL

Gəncə şəhər stadionu

17:30. "İnter" – "Qəbələ"

Bakı, "İnter Arena"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi