Yuxarı

​Azərbaycan Premyer Liqasında XX tura start verilir

Neftçi çempionatın autsayderini qəbul edəcək

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

"Bakcell Arena"da paytaxtın iki komandası - "Neftçi" və "Rəvan" üz-üzə gələcək. Komandalar bugünədək ölkə çempionatlarında 10 dəfə qarşılaşıblar. Oyunların 8-də "ağ-qaralar", 2-də isə "sarı-qırmızılar" qələbəyə sevinib. Top fərqində isə "Neftçi" üstündür - 16:8. İndiyədək cütlüyün oyununda heç-heçə qeydə alınmayıb. Son iki oyunda qonaq komanda 3 qol vuraraq, qalib gəlib. "Neftçi" 7 matçdır meydanı qolsuz tərk etmir.

19 turdan sonra "Neftçi" 27 xalla 6-cı, "Rəvan" 7 xalla sonuncu pillədə qərarlaşıb.  

16:30. "Neftçi" – "Rəvan"

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı, "Bakcell Arena"

Qeyd edək ki, turun digər qarşılaşmaları 6-7 fevralda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi