​Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli açıqlanıb

​Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli açıqlanıb Mərkəzi görüş "Qarabağ"la "İnter" arasında olacaq
Futbol
2 Dekabr , 2015 12:28
​Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli açıqlanıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, turun görüşləri iki gün ərzində reallaşacaq.

Mərkəzi oyun lider "Qarabağ"la "İnter" arasında olacaq. Dekabrın 6-da Tofiq İsmayılov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da başlanacaq. Qonaqlar bu görüşdə qalib gələcəkləri təqdirdə, xal fərqini 5-ə endirəcək. 

Tura dekabrın 6-da keçiriləcək "Neftçi" - "Zirə" oyunu ilə start veriləcək. Bir gün sonra isə XV turun son oyunu keçiriləcək. "Bayıl Arena"da keçiriləcək görüşdə "Rəvan" və AZAL komandaları üz-üzə gələcək. 

6 dekabr

16:00. "Neftçi" – "Zirə"

"Bakcell Arena"

17:00. "Xəzər Lənkəran" – "Qəbələ"

"Xəzər Lənkəran" mərkəzi stadionu

18:30. "Qarabağ" – "İnter"

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

7 dekabr

17:00. "Sumqayıt" – "Kəpəz"

"Kapital Bank Arena"

20:00. "Rəvan" – AZAL

"Bayı Arena"

Son xəbərlər

Orphus sistemi