Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli açıqlanıb 2017-ci ilin ilk turuna Qəbələdə start veriləcək
Futbol
24 Yanvar , 2017 11:33
Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli açıqlanıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017-ci ilin ilk turunun oyun cədvəli açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, III dövrəyə yanvarın 28-də bölgədə start veriləcək.

XV turun açılış oyununda "Qəbələ" və "Sumqayıt" komandaları üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı görüş saat 15:00-da başlanacaq. Turun son matçı isə yanvarın 29-da əzəli rəqiblərdən olan "Qarabağ"la "Neftçi" arasında keçiriləcək. "Azərsun Arena"dakı görüş saat 17:30-da start götürəcək. 

Azərbaycan Premyer Liqası, XV tur

28 yanvar

15:00. "Qəbələ" - "Sumqayıt"

Qəbələ şəhər stadionu

17:30. "İnter" - "Kəpəz"

"İnter Arena"

29 yanvar

15:00. "Zirə" - AZAL

Zirə İdman Kompleksinin stadionu

17:30. "Qarabağ" - "Neftçi"

"Azersun Arena"

Qeyd edək ki, bütün oyunlar "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi