Azərbaycan Premyer Liqasında XI turun oyunları üçün hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında XI turun oyunları üçün hakim təyinatları açıqlanıb Bakı. 6 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.
Futbol
6 Noyabr , 2018 14:54
Azərbaycan Premyer Liqasında XI turun oyunları üçün hakim təyinatları açıqlanıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması hesab olunan "Qəbələ" - "Qarabağ" oyunu Rauf Cabbarova tapşırılıb. 

"Neftçi" - "Zirə" matçını isə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.

10 noyabr (şənbə)

17:30. “Sabah” - “Səbail”

Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Əlincə Arena”

19:30 “Neftçi” - “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov

Hakim-inspektor: Əli Hüseynov

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Bakcell Arena”

11 noyabr (bazar)

17:30. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov

Hakim-inspektor: Füzuli Nəcəfov

AFFA nümçayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu 

19:30. “Sumqayıt” - “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Bayıl Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi