Yuxarı

Azərbaycan Premyer Liqasında vurulan qolların sayı 100-ü keçib - VİDEO

Yubiley qolunun müəllifi Qarabağın gənc futbolçusu olub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün 100-cü qolu vurulub. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yubiley qolu X turun “Qarabağ” – “Rəvan” matçına təsadüf edib. 

Bakıdakı Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran qolun müəllifi meydan sahiblərinin gənc yarımmüdafiəçisi Vüqar Mustafayev olub. 21 yaşlı futbolçu Premyer Liqada ilk qolunu uzaqdan gözəl zərbə ilə vurub. Mustafayev buna ümumilikdə 34-cü, “Qarabağ”da 6-cı çempionat matçında nail olub. 

Qeyd edək ki, Premyer Liqanın ilk 9 turunda 91 qol qeydə alınmışdı. Turun eyni vaxtda başlayan ilk 3 matçında 7 dəfə top qapıdan keçdiyindən paralel oynanılan “Neftçi” – “İnter” və “Qarabağ” – “Rəvan” matçlarındakı 2-ci top mövsümdə 100-cü olmalı idi. Əvvəl “Neftçi”, 1 dəqiqə sonra “Qarabağ” hesabı açdığından yubiley qolu ağdamlıların hesabına yazılıb. Ümumilikdə isə 10 turun 50 oyununda 101 qol vurulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi