Yuxarı

​Azərbaycan Premyer Liqasında VII turun oyun cədvəli açıqlanıb

Turun oyunları 3 gün ərzində keçiriləcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunun oyun cədvəli açıqlanıb. "Report"un məlumatına görə, turun oyunları 3 gün ərzində keçiriləcək.

Tura oktyabrın 2-də autsayder AZAL-la "Rəvan" arasındakı oyunla start veriləcək. Ertəsi gün eyni saatda "Zirə" ilə "Neftçi" üz-üzə gələcək. Son 3 qarşılaşma isə oktyabrın 4-nə təsadüf edəcək. Əvvəlcə "Kəpəz" Gəncədə "Sumqayıt"ı sınağa çəkəcək. Ardından liderliyə can atan "İnter" 1-ci pillənin sahibi "Qarabağ"ı qəbul edəcək. Son qarşılaşma isə "Qəbələ" ilə "Xəzər Lənkəran" arasında olacaq. 

02 oktyabr

19:00. AZAL – "Rəvan"

"AZAL Arena"

03 oktyabr

19:00. "Zirə" – "Neftçi"

Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

04 oktyabr

16:00. "Kəpəz" – "Sumqayıt"

Gəncə şəhər stadionu

19:00. "İnter" – "Qarabağ"

"İnter Arena"

21:00. "Qəbələ" – "Xəzər Lənkəran"

Qəbələ şəhər stadionu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi