Azərbaycan Premyer Liqasında VII tura start veriləcək

Azərbaycan Premyer Liqasında VII tura start veriləcək Günün yeganə oyunu "İnter Arena"da keçiriləcək
Futbol
30 Sentyabr , 2016 08:00
Azərbaycan Premyer Liqasında VII tura start veriləcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk dövrənin son turuna start veriləcək. 

"Report"un məlumatına görə, VII turun ilk oyununda "İnter" Zirənin eyniadlı komandasını qəbul edəcək.

Turnir cədvəlinin ilk üçlüyündə qərarlaşan "bankirlər" ev oyunundan qələbə ilə ayrılacağı təqdirdə bir neçə günlük də olsa, siyahıya başçılıq edəcək. Ümumiyyətlə, bu tur liderlər qrupunda "Qəbələ" və "Qarabağ" komandaları qarşılaşacağından "İnter" nəticədən asılı olmayaraq ilk üçlükdən qırağa çıxmayacaq. "Zirə" isə hazırkı durumunu yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalıdır. Bu halda Adil Şükürovun rəhbərlik etdiyi komanda turnir cədvəlində 4-cü olacaq.

"İnter"lə Premyer Liqada ötən ildən çıxış edən "Zirə"nin yolları ölkə çempionatlarında cəmi 4 dəfə yolları kəsişib. Komandalar hərəyə bir dəfə qələbə qazanıb. İki oyunda isə tərəflər bir xalla kifayətlənib. Komandaların bir-birinin qapılarına vurduqları top sayı da eynidir - 2:2. Bu komandaların görüşündə daha bir maraqlı məqam ondan ibarətdir ki, 4 oyunun heç birində ev sahibi komanda məğlub olmayıb.

Azərbaycan Premyer Liqası, VII tur

15:00. "İnter" - "Zirə"

Bakı. "İnter Arena"

Qeyd edək ki, turun digər oyunları oktyabrın 1-2-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi