Azərbaycan Premyer Liqasında V turun hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında V turun hakim təyinatları açıqlanıb "Qarabağ" - "Qəbələ" oyunu Əliyar Ağayevə tapşırılıb
Futbol
18 Sentyabr , 2018 17:07
Azərbaycan Premyer Liqasında V turun hakim təyinatları açıqlanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun oyunları üçün hakim təyinatları açıqlanıb. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması hesab olunan "Qarabağ" - "Qəbələ" oyunu Əliyar Ağayevə tapşırılıb. 

"Zirə" - "Neftçi" matçını isə Rauf Cabbarov idarə edəcək. 

22 sentyabr (şənbə)

“Səbail” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cəmil Quliyev, Ramil Əhmədov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

“Bayıl Arena”, 18:30

“Zirə” – “Neftçi”

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Akif Əmirəli, Ömər Paşayev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Dalğa Arena”, 20:30

23 sentyabr (bazar)

“Keşlə” – “Sumqayıt”

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Elman Musayev, Rəhim Həsənov

Hakim-inspektor: Əli Hüseynov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“ASK Arena”, 18:30

“Qarabağ” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov

Hakim-inspektor: Məhəmməd Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

“Azersun Arena”, 20:30

Son xəbərlər

Orphus sistemi