Yuxarı

Azərbaycan Premyer Liqasında paytaxt derbisinin baş hakimi müəyyənləşib

Bütün oyunlarda əlavə köməkçi hakimlərin xidmətindən istifadə olunacaq

Bakı. 21 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, AZAL-la "İnter" arasında sentyabrın 24-də keçiriləcək açılış oyunu FİFA referisi Əliyar Ağayevə tapşırılıb.

Ə.Ağayev ertəsi gün "Zirə" - "Qəbələ" matçında əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Bütün oyunlarda 6 hakimin xidmətindən istifadə olunacaq. 

Azərbaycan Premyer Liqası

VI turun təyinatları

24 sentyabr (şənbə)

16:00. AZAL – “İnter”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov

"AZAL Arena"


25 sentyabr (bazar)

15:30. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

Gəncə şəhər stadionu


18:00. “Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

19:00. 27 sentyabr (çərşənbə axşamı)

“Neftçi” – “Sumqayıt”

“Əlincə Arena”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi