Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb Mərkəzi görüş "Qarabağ"la "Zirə" arasında olacaq
Futbol
28 Sentyabr , 2017 13:56
Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, tura sentyabrın 29-da paytaxt derbisi ilə start veriləcək. 

Həmin gün "İnter" "Neftçi"ni qəbul edəcək. Günün daha bir oyunu "Qəbələ" və "Kəpəz" arasında olacaq. 

Ertəsi gün "Səbail" "Sumqayıt"ı sınağa çəkəcək. Turun son matçı isə oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Çempionatın lideri "Qarabağ" ikinci pillədəki "Zirəni qəbul edəcək. 

Bütün görüşlər CBC Sport kanalı ilə canlı yayımlanacaq. 


29 sentyabr (cümə)

16:00. “İnter” – “Neftçi”
“İnter Arena”


18:30. “Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu


30 sentyabr (şənbə)

18:00. “Səbail” – “Sumqayıt”
“Dalğa Arena”

1 oktyabr (bazar)

18:00. “Qarabağ” – “Zirə”
Tofiq Bəhramov adına Respublika Stadionu

Son xəbərlər

Orphus sistemi