Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb İlk 2 görüş Masazırda, qalanları Gəncə və Sumqayıtda olacaq
Futbol
5 Sentyabr , 2016 13:20
Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun oyun cədvəli müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tura sentyabrın 9-da start veriləcək. 

Ümumilikdə 4 qarşılaşma yenə 3 günü əhatə edəcək. İlk 2 görüş Bakının Masazır qəsəbəsindəki "Əlincə Arena"da, qalanları Gəncə və Sumqayıtda olacaq. Bütün görüşlər "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.


9 sentyabr (cümə)

18:30. “Qarabağ” – AZAL

“Əlincə Arena”

10 sentyabr (şənbə)

20:00. “Neftçi” – “Qəbələ”

“Əlincə Arena”

11 sentyabr (bazar)
16:00. “Kəpəz” – “Zirə”

Gəncə şəhər stadionu

20:30. “Sumqayıt” – “İnter”

Sumqayıt, “Kapital Bank Arena”

Son xəbərlər

Orphus sistemi