Azərbaycan Premyer Liqasında növbəti turun oyunları QİÇS-lə mübarizəyə həsr olunacaq

Azərbaycan Premyer Liqasında növbəti turun oyunları QİÇS-lə mübarizəyə həsr olunacaq PFL RQMM-lə birgə layihə həyata keçirəcək
Futbol
26 Noyabr , 2015 14:06
Azərbaycan Premyer Liqasında növbəti turun oyunları QİÇS-lə mübarizəyə həsr olunacaq

Bakı. 26 noyabr. REPORT. AZ/ Peşəkar Futbol Liqası (PFL) və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) birgə kampaniya keçirəcək. "Report"un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin kampaniya Azərbaycan Premyer Liqasının XIV turunun bütün görüşlərində baş tutacaq. 

1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Bakı və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özəl sektor müəssisələrində, digər obyektlərdə profilaktik və maarifləndirmə yönümlü tədbirlər keçirilir. Həmin tədbir bu il ölkə futboluna da sirayət edəcək. Premyer Liqa klubları oyuna “AİDS-ə birgə qalib gələk” pankartı və lenti ilə çıxacaqlar.

Qeyd edək ki, XIV tura noyabrın 27-də "Kəpəz" - "İnter" matçı ilə start veriləcək. Ertəsi gün "Zirə" - "Xəzər Lənkəran" və AZAL - "Sumqayıt", noyabrın 29-da "Neftçi" - "Qarabağ", noyabrın 30-da isə "Qəbələ" - "Rəvan" görüşləri keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi