​Azərbaycan Premyer Liqasında mövsümün son oyunlarının başlama vaxtı açıqlanıb

​Azərbaycan Premyer Liqasında mövsümün son oyunlarının başlama vaxtı açıqlanıb Qarşılaşmalar eyni günə təyin olunub
Futbol
16 May , 2016 15:04
​Azərbaycan Premyer Liqasında mövsümün son oyunlarının başlama vaxtı açıqlanıb

Bakı. 16 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün sonuncu – XXXVI turunun oyun cədvəli açıqlanıb. "Report"un məlumatına görə, qarşılaşmalar eyni gündə keçiriləcək.

Bürünc medalçını müəyyənləşdirəcək "Kəpəz" - "Qəbələ", "İnter" - "Zirə" və sonuncu pillənin sahibinin adına aydınlıq gətirəcək "Rəvan" - "Xəzər Lənkəran" matçı eyni saatda start götürəcək.

Bu görüşlərin ardından Avropa Liqasına sonuncu vəsiqənin taleyini həll edəcək "Sumqayıt" - "Neftçi" və "Qarabağ" - "AZAL qarşılaşmaları başlanacaq. 

20 may (cümə)

17:00. "Kəpəz" – "Qəbələ"

Gəncə. Gəncə şəhər stadionu

17:00. "İnter" – "Zirə"

Bakı. "İnter Arena"

17:00. "Rəvan" – "Xəzər Lənkəran"

Bakı. "Bayıl Arena"

19:00. "Sumqayıt" – "Neftçi"

Sumqayıt. "Kapital Bank Arena"

19:00. "Qarabağ" – AZAL

Bakı. "Azərsun Arena"

Son xəbərlər

Orphus sistemi