Azərbaycan Premyer Liqasında ilin son turunun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında ilin son turunun təyinatları açıqlanıb "Qəbələ" - "Kəpəz" görüşü Əliyar Ağayevə tapşırılıb
Futbol
16 Dekabr , 2016 17:03
Azərbaycan Premyer Liqasında ilin son turunun təyinatları açıqlanıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun görüşləri üçün bütün təyinatlar müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 2016-cı ilin son turunda Bakıda "Qarabağ" və "İnter" komandaları arasında keçiriləcəkoyun Fariz Yusifova həvalə olunub.

"Qəbələ" - "Kəpəz" görüşünü isə Əliyar Ağayev idarə edəcək.

17 dekabr (şənbə)

14:00. "Qəbələ" - "Kəpəz"

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Murad Məmmədov

Qəbələ şəhər stadionu

16:00. "Sumqayıt" - "Zirə"

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

"Kapital Bank Arena"

17:00. "Neftçi" - AZAL

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Bakcell Arena"

17:00. "Qarabağ" - "İnter"

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Akif Əmirəli, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Vüsal Əliyev

"Azersun Arena" (“CBC Sport”, canlı)

Son xəbərlər

Orphus sistemi