Yuxarı

Azərbaycan Premyer Liqasında ilin son turuna yekun vurulub - VİDEO

XIV turun son oyununda Qarabağ və İnter komandaları qarşılaşıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-cı ilin son turu keçirilib.

"Report"un məlumatına görə, XIV turun son oyununda "Qarabağ" və "İnter" komandaları qarşılaşıb.

Qış fasiləsindən öncə Premyer Liqada baş tutmuş son görüşdə qapılara qol vurulmayıb. Komandalar nə qədər çalışsalar da, oyunda hesab açılmayıb.

On dörd oyuna 32 xal toplayan "Qarabağ" ili birinci pillədə başa vurub. Bakının "İnter" klubu isə 25 xalla 3-cü pillədə möhkəmlənib.

Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" "Kəpəz"i 2:1, "Sumqayıt" "Zirə"ni, AZAL isə "Neftçi" 1:0 hesabı ilə məğlub edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi