Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XVI turun 2 oyununun yeri dəyişdirilib. "Report"un məlumatına görə, bu haqda Peşəkar Futbol Liqası qərar verib.
Səbəb kimi ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti göstərilib.
“Kəpəz” – “Zirə” görüşü Gəncə şəhər stadionunun durumu ilə əlaqədar olaraq Zirə İdman Kompleksində baş tutacaq. “Neftçi” – “Qəbələ” görüşü isə əvvəlcədən nəzərdə tutulduğu kimi “Bakcell Arena”da deyil, Qəbələ şəhər stadionunda keçiriləcək. Dəyişikliklərlə əlaqədar IV dövrədə bu komandalar arasında baş tutacaq oyunlarda meydan sahibləri qismində “Neftçi” və "Kəpəz" çıxış edəcək.