Yuxarı

Azərbaycan Premyer Liqasında III turun rəmzi komandası müəyyənləşib

Azərbaycan Premyer Liqasında III turun rəmzi komandası müəyyənləşib
Simvolik heyətə Qarabağın 5, Sabahın 3, Neftçinin və Səbailin hərəyə 1 oyunçusu düşüb

Bakı. 29 avqust. REPORT.AZ/ Premyer Liqasında III turun rəmzi komandası açıqlanıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "11-lik" "InStat Sport"un təhlili əsasında müəyyənləşib.

Simvolik heyətə "Qarabağ"ın 5, "Sabah"ın 3, "Keşlə", "Neftçi" və "Səbail"in hərəyə 1 oyunçusu düşüb:

Qapıçı: Şahrudin Məhəmmədəliyev ("Qarabağ")

Müdafiəçilər: Ansi Aqolli ("Qarabağ"), Rahil Məmmədov ("Qarabağ"), Denis Silva ("Keşlə"), Novruz Məmmədov ("Sabah")

Yarımmüdafiəçilər: Elşən Abdullayev ("Sabah"), Simeon Slavçev ("Qarabağ"), Filip Ozobiç ("Qarabağ"), Kevin Kubemba ("Səbail")

Hücumçular: Marko Deviç ("Sabah"), Kvame Karikari ("Neftçi").

11-liy"ə "Qəbələ", "Sumqayıt" və "Zirə"nin heç bir futbolçusu düşməyib.

Qeyd edək ki, Premyer Liqanın III turunda "Qarabağ" "Neftçi" ilə, "Qəbələ" "Sumqayıt"la heç-heçə edib - 1:1. "Sabah" səfərdə "Zirə"ni 2:0, "Səbail" "Keşlə"ni 2:1 hesabı ilə yenib.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi