Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Premyer Liqasında II tura start verilir

    Günün yeganə oyunu Sumqayıtda keçiriləcək

    Bakı. 11 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

    "Report"un məlumatına görə, turun yeganə oyunu Sumqayıtda baş tutacaq.

    Şəhərin eyniadlı təmsilçisi "Qarabağ"ı qəbul edəcək. İlk turda səfərdə "Zirə"ni minimal hesabla məğlub edən "Sumqayıt" ikinci qələbəsini qazanmağa çalışacaq. "Qarabağ" isə birinci turda "İnter"lə oyundakı məğlubiyyəti unutmağa çalışacaq.

    Komandalar bugünədək 16 dəfə üz-üzə gəlib. Bu görüşlərin 4-ü "Sumqayıt"ın, 10-u isə "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb. Qalan 2 oyunda heç-heçə qeydə alınıb.

    Azərbaycan Premyer Liqası, II tur

    19:00. "Sumqayıt" - "Qarabağ"

    Sumqayıt. "Kapital Bank Arena"

    Qeyd edək ki, turun digər oyunları 12-14 avqustda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi