Azərbaycan Premyer Liqasında həftənin komandası açıqlanıb

Azərbaycan Premyer Liqasında həftənin komandası açıqlanıb Bakı. 7 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun rəmzi komandası müəyyənləşib.
Futbol
7 Mart , 2019 19:20
Azərbaycan Premyer Liqasında həftənin komandası açıqlanıb

Bakı. 7 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun rəmzi komandası müəyyənləşib. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat” şirkətinin təhlilinə görə, siyahıda "Qarabağ"dan dörd, "Keşlə" və "Neftçi"dən üç, "Sumqayıt"dan isə bir futbolçu yer alıb.  

Ən yaxşı oyunçu adına isə "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov layiq görülüb. 

Qapıçı: Mehdi Cənnətov (“Sumqayıt”)

Müdafiəçilər: Slavik Alxasov (“Keşlə”), Edvinas Girdvainis (“Keşlə”), Tərlan Quliyev (“Keşlə”), Maksim Medvedev (“Qarabağ”)-2

Yarımmüdafiəçilər: Baqali Dabo (“Neftçi”)-4, Filip Ozobiç (“Qarabağ”)-7, Emin Mahmudov (“Neftçi”)-4, Dani Kintana (“Qarabağ”)-5

Hücumçular: Canluka Sansone (“Neftçi”)-3, Araz Abdullayev (“Qarabağ”)-2

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

Son xəbərlər

Orphus sistemi