Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici komandalarının oyunlarının keçirilmə vaxtı dəyişdirilib

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici komandalarının oyunlarının keçirilmə vaxtı dəyişdirilib Ramin Musayev: "Bu qərar klubların istəyinə uyğun atılıb"
Futbol
2 Avqust , 2017 12:42
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici komandalarının oyunlarının keçirilmə vaxtı dəyişdirilib
Report.az

Bakı. 2 avqust. REPORT.AZ/ 2017/2018 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici kollektivləri arasında təşkil olunan ölkə çempionatının oyunları əsas komandaların matçlarından bir gün sonra keçiriləcək.

“Report”un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

Onun sözlərinə görə, bu qərarı klubların istəyinə uyğun atıblar: “Bu cür olmasını klublar istədi. Şəxsi fikrim belədir ki, bu, yanlış qərardır. Təki mən yanılım”.

Qeyd edək ki, bunadək əvəzedici komandaların oyunu əsas kollektivlərin matçlarından bir gün əvvəl keçirilirdi.

Son xəbərlər

Orphus sistemi