Azərbaycan Premyer Liqasında çıxış edən klub adını dəyişdirib - RƏSMİ

Azərbaycan Premyer Liqasında çıxış edən klub adını dəyişdirib - RƏSMİ Yeni adla ilk oyun bu gün "İnter Arena"da "Kəpəz"ə qarşı olacaq
Futbol
28 Oktyabr , 2017 14:08
Azərbaycan Premyer Liqasında çıxış edən klub adını dəyişdirib - RƏSMİ

Bakı. 28 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında ad dəyişikliyi rəsmiləşib. 

"Report"un Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən məlumatına görə, “İnter” Peşəkar İdman Klubu bundan sonra “Keşlə” Peşəkar Futbol Klubu adı altında mübarizə aparacaq. “Keşlə” bununla bağlı bütün sənədləri PFL-ə təqdim edib.

Qeyd edək ki, yeni adla ilk oyun bu gün "İnter Arena"da "Kəpəz"ə qarşı olacaq. Oyun saat 15:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi