Bakı. 31 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun rəmzi komandası müəyyənləşib.
“Report” Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, rəmzi heyətdə “Zirə”nin 4, “Neftçi”nin 3, “Sabah”ın 2, “Keşlə” və “Sumqayıt”ın 1 futbolçusu yer alıb. Səlahət Ağayev 5, Şəhriyar Əliyevlə Mirabdulla Abbasov 4, Dario Federiko 3, Denis Silva, İlkin Qırtımov və Sadio Tounkara isə 2-ci dəfə “11-liy”ə düşüb.
Qapıçı: Səlahət Ağayev (“Neftçi”)
Müdafiəçilər: Tellur Mütəllimov (“Zirə”), Şəhriyar Əliyev (“Sumqayıt”), Denis Silva Kruz (“Keşlə”) , İlkin Qırtımov (“Zirə”)
Yarımmüdafiəçilər: Sadio Tounkara (“Zirə”), Dario Federiko (“Neftçi”), Erik Ramos (“Sabah”), Bilal Həmdi (“Zirə”)
Hücumçular: Mirabdulla Abbasov (“Neftçi”), Cavid İmamverdiyev (“Sabah”)
Qeyd edək ki, rəmzi komanda “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.