​Azərbaycan Premyer Liqası Almaniyada yayımlanacaq

​Azərbaycan Premyer Liqası Almaniyada yayımlanacaq Bu barədə AFFA Klublar Komitəsinin sədri Tuyqun Nadirov məlumat verib
Futbol
29 Oktyabr , 2015 15:28
​Azərbaycan Premyer Liqası Almaniyada yayımlanacaq

Bakı. 29 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqası Almaniyada yayımlanacaq. "Report"un məlumatına görə, bu barədə AFFA Klublar Komitəsinin sədri Tuyqun Nadirov bildirib.

T.Nadirov deyib ki, ilkin olaraq burada əsas məsələ ödənişin məbləği yox, çempionatın xarici ölkədə yayımlanmasıdır. "Klublar Komitəsinin əvvəlki iclaslarında da məsələ qaldıranda federasiya, xüsusilə AFFA prezidenti Rövnəq Abdullayev buna dəstək verdi. Nəticə olaraq biz məqsəd qoymamışıq ki, məhsul satılanda nə qədərsə məbləğ qazanılsın. Ödənilən məbləğ 10 min də, 100 min də ola bilər. Əsas olan çempionatın yayımlanmasıdır. "CBC Sport" xaricə məhsulunu satırsa, sonda bu bizə faydalıdır".

Son xəbərlər

Orphus sistemi