Yuxarı

Azərbaycan-Norveç oyunu üçün "skybox"ların qiymətləri açıqlanıb

Ən kiçik skybox 14, ən böyüyü isə 32 nəfərlikdir

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının Norveçlə DÇ-2018-in seçmə qrup oyununu keçirəcəyi Bakı Olimpiya Stadionunda "skybox"ların qiyməti açıqlanıb. 

"Report"un məlumatına görə, ən kiçik "skybox" 14, ən böyüyü isə 32 nəfərlikdir.

"Skybox"ları əldə edəcək şəxslər stadiona xüsusi giriş, müxtəlif menyu seçimi, yüksək səviyyəli xidmət və oyunun rəsmi proqramını hədiyyə olaraq əldə edəcəklər. "Skybox"larda televizor, soyuducu, kondisioner, ayaqyolu və pulsuz WiFi var. Hər bir "skybox"da qonaqlara bir barmen və bir ofisiant xidmət göstərir. Müştərinin seçiminə əsasən, menyu spirtli, spirtsiz içkilər və qəlyanaltılar və ya isti yeməklərdən ibarət ola bilər.

14 nəfərlik "skybox"da spirtsiz içkilər və qəlyanaltılar 980 manat, isti yeməklər, spirtli və spirtsiz içkilər isə 2520 manat təşkil edir. Bu qiymət 15 nəfərlik "skybox"da 1050 manat və 2700 manatdır. 20, 25 və 32 nəfərlik "skybox"larda isə yalnız spirtsiz içkilər və qəlyanaltılar təqdim edilir. Qiymətlər müvafiq olaraq 1400 manat, 1750 manat və 2240 manatdır.

Qeyd edək ki, oktyabrın 8-də keçiriləcək Azərbaycan-Norveç oyunu saat 20:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi