Yuxarı
    Bağlamaq

    Azərbaycan millisinin zədəli legioneri əməliyyat olunmayacaq

    Klubun məşqçisi Dmitri Nazarovla bağlı açıqlama verib

    Bakı. 11 iyul. REPORT.AZ/ Almaniyanın "Aue" klubunun heyətində təlim-məşq toplanışı vaxtı zədələnən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov əməliyyat olunmayacaq. "Report"un məlumatına görə, bu barədə klubun məşqçisi Robin Lenk açıqlama verib.

    O bildirib ki, 27 yaşlı hücumçunun baş barmağındakı zədənin elə də ciddi olmadığı müəyyənləşib. Lenk Nazarovun tezliklə komandanın sıralarına dönəcəyini əlavə edib: "Ənənəvi müalicə aparılacaq. Proses elə də uzun çəkməyəcək".

    Qeyd edək ki, Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu sentyabrın 1-də səfərdə Norveçə qarşı keçirəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi