Azərbaycan millisinin toplanışı koronavirusa görə ləğv olundu

Azərbaycan millisinin toplanışı koronavirusa görə ləğv olundu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Macarıstandakı təlim-məşq toplanışı ləğv olunub.
Futbol
3 Mart , 2020 16:14
Azərbaycan millisinin toplanışı koronavirusa görə ləğv olundu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Macarıstandakı təlim-məşq toplanışı ləğv olunub. 

Bu barədə "Report"a komandanın baş məşqçisi Samir Əliyev məlumat verib. 

41 yaşlı mütəxəssis bildirib ki, səbəb koronavirus epidemiyasıdır: "Martın 16-da Macarıstanda olmalı idik. Orada ölkənin müvafiq yığma komandası ilə iki yoldaşlıq görüşü keçirməyi planlaşdırırdıq. Nə fevral, nə də martda beynəlxalq oyun keçirə bildik. Bunun üçün təəssüflənirik. Çünki bu beynəlxalq təcrübə futbolçulara lazım idi. Amma məlum məsələyə görə alınmadı. Aprel və sonrakı aylarda yoldaşlıq görüşü və təlim-məşq toplanışı keçirmək niyyətindəyik". 

Qeyd edək ki, milli komanda Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsində 8-ci qrupda Fransa, Yunanıstan və Moldova ilə birgə mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 7-də, 10-da və 13-də Moldovada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi