Azərbaycan millisinin sabiq futbolçusu Almaniyada həvəskarlar liqasında çıxış edəcək

Azərbaycan millisinin sabiq futbolçusu Almaniyada həvəskarlar liqasında çıxış edəcək Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Erat Almaniyada həvəskarlar liqasında çıxış edəcək.
Futbol
29 Sentyabr , 2018 10:38
Azərbaycan millisinin sabiq futbolçusu Almaniyada həvəskarlar liqasında çıxış edəcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Erat Almaniyada həvəskarlar liqasında çıxış edəcək.

“Report”un klubun saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı sağ cinah müdafiəçisi Oberliqada (5-ci divizion) mübarizə aparan “Ştralen” klubla birillik razılıq əldə edib.

Futbolçunun son klubu II Bundesliqada çıxış edən “Duysburq” olub.

Qeyd edək ki, Erat ilk dəfə 2013-cü ildə Azərbaycanın U-21 yığmasına dəvət alıb. O, növbəti il əsas milliyə çağırılıb və 2 oyuna çıxıb.

Son xəbərlər

Orphus sistemi